31 Oktyabr

Bank sektorunda çalışanlar barədə vacib xəbər - FİNS

Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,535 olub.

Bu barədə məlumat Fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından verilib. Bank sektorunun işçi heyətinin sayı da açıqlanıb. Məlum olub ki, sözügedən sektorun işçilərinin sayında artım mart ayında da davam edib.

Belə ki, 2019-cu ilin martayında işçi sayı 0.4% (66 nəfər) artaraq 17,749 nəfər təşkil edib.

Müəllif: Elmir Murad