31 Oktyabr

Manatla verilən kreditlər artıb - FİNS

Bank sektorunun mart ayına aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edib. Bu məlumat Fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından verilib.

Belə ki, ay ərzində kredit portfeli 0.7% (84.5 mln. manat) artaraq 12,714.4 mln. manat olub. Kredit portfeli cari ilin ilk rübündə 0.7% (86.1 mln. manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub.

Ay ərzində milli valyutada kreditlər 1.2% (93.2 mln. manat), rüb ərzində isə 2.7% (211.2 mln. manat) artaraq 7,983 mln. manata çatıb.

Müəllif: Elmir Murad