31 Oktyabr

Bu bankda əmanət yerləşdirənlərə üç illik ödəniş kartı hədiyyə edilir - FİNS

Hüquqi şəxslər üçün əmanətlər, yəni biznes əmanətləri üçün təklif edilən faiz dərəcəsi korporativ müştərilərlə əldə olunan razılaşmaya əsasən müəyyən edilir.

Bunu Fins.az-ın sorğusuna cavabında Azər Türk Bankın mətbuat katibi Rauf Ağayev bildirib. Onun sözlərinə görə, fiziki şəxslər “Klassik” və “Avans” əmanəti növlərindən istifadə edirlər.

Müştərilərin daha çox üstünlük verdikləri“Klassik” əmanətin faiz dərəcəsi illik 10%-dəkdir deyən bank rəsmisi qeyd edib ki, faizləri dərhal, əmanətin rəsmiləşdirildiyi gün əldə etmək imkanı verən “Avans” əmanəti 6%-lə qəbul edilir:

“Bankda əmanət yerləşdirən müştərilərə üç il müddətinə ödəniş kartı hədiyyə edilir. Müştəri bu kartı bankın qüvvədə olan tariflərinə uyğun qaydada şəxsi, o cümlədən əmanətə aylıq şəkildə hesablanan faiz məbləğini əldə etmək məqsədi ilə istifadə edə bilər (bankın ATM şəbəkəsi və müştəri xidməti strukturlarında olan POS-Cash terminallar vasitəsilə əmanət faizlərinin nağd məxarici zamanı komisyon haqqı tətbiq edilmir).

Eyni zamanda, müştərinin arzusu ilə bu kart üzrə kredit xəttinin açılması da mümkündür”.

Müəllif: Elmir Murad