31 Oktyabr

Kompensasiya ödənişi hansı növ kreditlərə şamil olunur? - FİNS

Xəbər verdiyimiz kimi artıq bir müddətdir ki, problemli kreditlərlə üzləşən vətəndaşlara kompensasiya ödənişinə başlanılıb. Lakin bəzi vətəndaşlar hələ də kompensasiyanın kimlərə və hansı şərtlərlə verildiyini aydınlaşdırmaqda çətinlik çəkir. Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni yaratdığı portalda bütün bu məsələlərə aydınlıq gətirmək üçün sual-cavab bölməsi də fəaliyyət göstərir. Belə ki, Palata bu bölmədə vətəndaşları düşündürən suallara cavab verməyə çalışır. Fins.az bu tipdə olan növbəti sual və cavabı təqdim edir.

Sual: Fərmana əsasən kompensasiya ödənişi hansı növ kreditlərə şamil olunur?

Cavab: Fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarınadək xarici valyutada olan istər istehlak, istər biznes, istər təminatlı, istərsə də təminatsız olan bütün növ kreditlərinə şamil edilir.

Müəllif: Elmir Murad