Bildiyiniz kimi Maliyyə Bazarlarına Nəzarət Palatasının problemli kreditlərlə bağlı yaratdığı portalda sual-cavab bölməsi də var. Fins.az növbəti sual və cavabı təqdim edir.
Sual: Dollarla kreditim manata çevrilib. Bu halda kompensasiya mənə şamil olunacaq?
Cavab: Fərman 2015-ci il 25 fevral və 21 dekabr tarixlərinə fiziki şəxslərin kredit təşkilatlarına 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarına şamil olunur. Həmin tarixlərdə kredit müqaviləsi üzrə borcun məbləği xarici valyutada qeyd edilmişdirsə bu zaman Fərman həmin şəxslərə şamil olunur.
Müəllif: Elmir Murad