31 Oktyabr

PAŞA Bank ən güclü developerlər üçün müsabiqə – TƏLƏSİN

Artıq ölkəmizin ən güclü developerləri öz güclərini PAŞA Bankın Rəqəmsal Laboratoriyasının təşkil etdiyi müsabiqədə iştirak etməklə sınaya bilərlər. Müsabiqə HackerRank platforması üzərindən keçirilir. İştirakçilar 5 saatlıq onlayn müsabiqədə bir neçə alqoritm, praktiki və nəzəri suallarla sınağa çəkiləcəklər. Müsabiqə Front-end ve Back-end developerler üçün ayrı-ayrılıqda təqdim olunur.

Diqqət:
• Back-end müsabiqəsində praktiki suallara Java, PHP, Go, C, C++, JavaScript proqramlaşdırma dillərindən istifadə mümkündür;
• Front-end musabiqəsində praktiki suallara JavaScript programlaşdırma dilində yazmaq mümkündür;
• Müsabiqə başladıqdan sonra vaxtı dondurmaq olmur;
• Müsabiqəyə qatılmadan öncə hackerrank.com saytında qeydiyyatdan keçib və müsabiqədən öncə təqdim olunan formada CV-ni yükləmək lazımdır.

Back - end müsabiqəsi üçün:
https://lnkd.in/dEppAzY
Front - end müsabiqəsi üçün:
https://lnkd.in/de5Ezgk

Müsabiqədə iştirak üçün son müraciət tarixi 8 May 2019-dur.
Müsabiqəyə qatılacaq hər kəsə bol uğurlar arzu edirik!