Bildiyiniz kimi artıq bir müddətdir ki, problemli kreditlərin ödənişinə başlanılıb. Buna baxmayaraq sözügedən məsələ barədə vətəndaşlar üçün qaranlıq məqamlar qalmaqdadır.
Fins.az xəbər verir ki, belə məqamlara aydınlıq gətirmək üçün isə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən problemli kreditlərlə bağlı yaradılmış portalda sual-cavab bölməsi yerləşdirilib.
Həmin bölmədə kompensasiyanı əldə etmək üçün etibarnamə ilə banka müraciət etmək olarmı deyə soruşulur.
Cavabda isə qeyd olunur ki, bəli, kompensasiyanın köçürüldüyü ödəniş kartının alınması və ya kredit borcunun restrukturizasiya edilməsi məqsədilə fiziki şəxsin adından onun nümayəndəsi müraciət etdikdə eyni zamanda nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli təqdim olunmalıdır.
Müəllif: Elmir Murad