31 Oktyabr

Problemli kredit barədə daha bir vacib məqam - FİNS

Problemli kreditlərlə bağlı ən çox verilən suallardan birinə Maliyyə Bazarlarına Nəzarət Palatası aydınlıq gətirib. Belə ki, Palatanın rəsmi saytının sual-cavab bölməsində vərəsəliklə bağlı məsələlərin necə tənzimlənəcəyi soruşulur.

Fins.az xəbər verir ki, cavab bölməsində qeyd olunub ki, vəfat etmiş şəxslərə hesablanmış kompensasiyalar həmin şəxslərin qanuni vərəsələri tərəfindən müvafiq təsdiqedici sənədlər (şəxsiyyəti təsdiq edən sənəd, vərəsəlik şəhadətnaməsi və s.) təqdim edilməklə əldə edilə bilər.

Müəllif: Elmir Murad