Problemli kreditlərlə bağlı vətəndaşları ən çox düşündürən suallardan biri də məbləğdən narazı olanların müraciətlərinə necə baxılacağı barədədir.
Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaratdığı portalda bu məsələyə aydınlıq gətirilib. Belə ki, sözügedən məsələ barədə qeyd olunub ki, hesablanmış kompensasiya və restrukturizasiya məbləğlərindən narazı olan şəxslərin müraciətlərinə təkrar baxıla bilər.
Bu zaman həmin vətəndaşlar mübahisələndirdiyi kreditlərlə bağlı müvafiq kredit təşkilatlarına müraciət etməli və zəruri təsdiq edici sənədləri əldə etməlidir.
Müəllif: Elmir Murad