31 Oktyabr

Problemli krediti olanlar üçün mühüm xəbər - FİNS

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən problemli kreditlərlə bağlı yaradılmış portalın sual-cavab bölməsində xeyli vacib və aydınlaşdırılmalı məsələlər yer alıb. Fins.az ənənəsinə sadiq qalaraq bu dəfə də çox mühüm, hər kəsin marağına səbəb olacaq sual və cavabı sizə təqdim edir.

Sual: Borcların ödənilməsinə yönəldilən hissə bölməsində müəyyən məbləğ yazılıb və bu məbləğ kreditin ödənilməsinə yönəldilib. Mənim banka borcum qalıbdırmı?

Cavab: Elektron Portalda borcun ödənilməsinə yönəldilən hissə ilə yanaşı sizin kredit təşkilatına qalıq borcunuzun məbləği də qeyd edilir. Həmin hissədə sizin kredit təşkilatına qalıq borcunuz ətraflı göstərilir.

Müəllif: Elmir Murad