Bildiyiniz kimi Maliyyə Bazarlarına Nəzarət Palatasının problemli kreditlərlə bağlı yaratdığı protalda sual-cavab bölməsi də var. Fins.az həmin bölmədəki sual və cavabın növbətisini təqdim edir.
Sual: Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi nə deməkdir?
Cavab: Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır.
Müəllif: Elmir Murad