"NBC Bank" ASC 31 mart 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb. Fins.az-ın məlumatına görə, Finans.az açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci rübü üzrə cəmi aktivləri 288 mln. 374 min manat olub. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur. Bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi isə 212 mln. 489 min manat olub.
Sözügedən dövrə "NBC Bank"ın depozit portfelinin həcmi 106 mln. 135 min manat təşkil edib. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,6% çoxdur. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 40,6% artaraq 230 mln. 869 min manata çatıb.
Cari ilin əvvəlinə "NBC Bank"ın cəmi kapitalı 57 mln. 505 min manat təşkil edib. Bu isə 2018-ci ilin ilk rübü ilə müqayisədə 0,2% azdır. Cari ilin yanvar-mart tarixinə xalis faiz gəlirləri 1 ml. 55 min manat, xalis qeyri-faiz xərcləri 1 mln. 392 manat olub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 257 min manat ayıran bank 2019-cu ilin ilk rübünü 594 min manat zərərlə başa vurub.