31 Oktyabr

Azərbaycanın 3 bankının reytiniqi yüksəldi

“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 bankının yerli və xarici valyutalarda depozitlər üzrə uzunmüddətli reytinqlərini yüksəldib. Fins.az xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.

“Moody`s” "Xalq Bank"ın yerli və xarici valyutalarda depozitləri üzrə uzunmüddətli reytinqi B3 səviyyəsindən B2 səviyyəsinədək, “Bank Respublika”nın – Саа1 səviyyəsindən B3 səviyyəsinədək, Azərbaycan Beynəlxalq Bankının (ABB) - В3 səviyyəsindən В1 səviyyəsinədək yüksəldib.

ABB üzrə proqnoz “müsbət”dir, “Bank Respublika” və “Xalq Bank” üzrə proqnoz isə “müsbət”dən “sabit”ə dəyişib.

© Marja