31 Oktyabr

Bu bank uşaqları düşünərək, əmanət növü yaradıb - FİNS

“Hazırda “Rabitabank”-da fiziki şəxslər üçün iki əmanət növü mövcuddur – “Universal” əmanət və “Uşaq yığım” əmanəti”. Bunu Fins.az-ın sorğusuna cavabında “Rabitəbank”-ın Marketinq Departamentinin rəhbəri Ələkbər Eyvazlı bildirib. Onun sözlərinə görə, “Universal” əmanəti üzrə əmanətlər 3 aydan 2 il müddətinədək, əmanətin müddətindən asılı olaraq illik faiz dərəcəsi manatda 10%-dək, ABŞ dollarında 1.5%-dək və AVRO-da 0.5%-dək yerləşdirilə bilər. “Uşaq yığım” əmanəti üzrə isə illik faiz dərəcəsi manatda 5%, ABŞ dollarında isə 0.5% olmaqla yerləşdirilə bilər deyə bank təmsilçisi bildirib.

Müəllif: Elmir Murad