31 Oktyabr

Palata bu təşkilatın lisenziyasını ləğv etdi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “Maliyyə Resurs Mərkəzi” QSC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

Fins.az-ın məlumatına görə, sözügedən xəbər Palata tərəfindən verilirb. Məlumata görə, bununla da Azərbaycanda BOKT-ların sayı 43-dən 42-yə düşüb.

Xatırladaq ki, “Maliyyə Resurs Mərkəzi” 2011-ci ildə 300 min manat nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdı. Onun səhmdarları hər biri 50% payla Vaqif Hüseynov və Orxan Əhmədovdur.

© Report