31 Oktyabr

Müqavilə üzrə götürülən öhdəliklər qanuna əsasən icra edilməlidir - FİNS

Bildiyiniz kimi bir müddətdir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən problemli kreditlərlə bağlı portal fəaliyyətə başlayıb. Sözügedən portala daxil olmaqla kompensasiya ödənişi və siyahı ilə tanış olmaq olar.

Fins.az xəbər verir ki, bununla yanaşı yeni yaradılmış portalda vətəndaşların maaifləndirilməsi üçün problemli kreditlər barədə sual və cavablar bölməsi yaradılıb. Həmin sualları və cavabı sizə təqdim edirik.

Sual: Kredit üzrə kompensasiya ödəniləcək və ya restrukturizasiya ediləcəkdir. Həmin kredit üzrə borclu tərəfindən ödənişlər davam etdirilməlidir?

Cavab: Kompensasiya ödənişi edilən vətəndaşların kredit təşkilatına qalıq borcu olduğu şəkildə borcların ödənişinə davam etdirilməsi qanunla hüquqi öhdəlik kimi müəyyən edilmişdir. Eyni məsələ restrukturizasiya müqaviləsinə də aiddir. Belə ki, fiziki şəxs müqavilə üzrə götürdüyü öhdəliklərini qanuna əsasən icra etməlidir.

Müəllif: Elmir Murad