Yaxın gələcəkdə hədəfimiz müştərilərin bank filiallarında ala biləcəkləri bütün xidmətləri mobil və internet bankçılığa keçirməkdir. Bunu Fins.az-ın sorğusuna cavabında “Rabitəbank”-ın Marketinq Departamentinin rəhbəri Ələkbər Eyvazlı deyib.
Onun sözlərinə görə, təbii ki, bütün bu fəaliyyətlərin icrası zamanı hüquqi məsələlər də nəzərə alınacaq. Bank təmsilçisi qeyd edir ki, “Rabitabank” olaraq biz, müştərinin bizimlə əlaqəyə keçə biləcəyi bütün touch-pointlərdə “omnichannel” təcrübə yaratmağa yönəlmişik:
“Misal olaraq müştərilər bu və ya digər səbəbdən İnternet bankçılıq vasitəsi ilə tamamlaya bilmədiyi əməliyyatı, banka məxsus mobil tətbiq vasitəsi ilə tamamlaya və ya mobil tətbiq vasitəsi ilə sifariş etmiş olduğu xidməti bankın filial və şöbələrinə yaxınlaşaraq əldə edə biləcəklər. Bununla da müştərilər bankımızın təklif etmiş olduğu müxtəlif satış kanalları vasitəsi ilə bank xidmətlərindən yararlanaraq eyni bank təcrübəsini yaşaya biləcəklər”.
Müəllif: Elmir Murad