31 Oktyabr

Palata “exchange”lərə lisenziya verilməsinə başlayır

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) açıq tender elan edir.

Fins.az xəbər verir ki, Palata tərəfindən valyuta mübadiləsi fəaliyyətinə "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada lisenziyaların verilməsi, valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması məqsədilə mal və xidmətlərin alınması məqsədilə keçirilir.

İddiaçılar tender təklifini 16 may 2019-cu il saat 18:00-a qədər Palatanın Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Tender proseduru 17 may 2019-cu il saat 15:00-da eyni ünvanda keçiriləcək. Əlaqələndirici şəxs: Maliyyə və satınalmalar idarəsinin aparıcı mütəxəssisi Rüstəm Kərimov ([email protected], tel: 493-50-58 (daxili 285)).

© Finans.az