"Ölkə başçısı İlham Əliyevin 10 min dollaradək olan problemli kreditlərlə bağlı verdiyi fərman bir sosial layihədir". Fins.az xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda təşkil etdiyi illik konfransında "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib. Bankirin sözlərinə görə, fərmanın əsas məqsədi əhalinin aztəminatlı hissəsinin maddi rifahını yaxşılaşdırmaqdır. "Sözsüz ki, bu qərar bankların portfelinin keyfiyyətinə müsbət təsir göstərəcək. Son ilyarım ərzində verdiyimiz kreditlər üzrə keyfiyyət göstəricisi fantastikdir. Hətta mən əminliklə deyə bilərəm ki, bu göstərici devalvasiyadan öncəki göstəricidən yaxşıdır. Elə ilyarım ərzində müşahidə olunan tendensiyaya nəzər salsaq görərik ki, tələbat artmaqdadır. Ötən gün prezident tərəfindən məhkəmə icraatına dair verdiyi qərar da bank sektorunun inkişafına səbəb olacaq", - deyə o bildirib. Müəllif: Elmir Murad