31 Oktyabr

"Moody's" Azərbaycanda problemli kreditlər məsələsinin həllini müsbət qiymətləndirir

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə sabit proqnozu dəstəkləyir.

Fins.az xəbər verir ki, bunu Trend-ə agentliyin vitse-prezidenti və Azərbaycanın bank sektoru üzrə analitiki Pyotr Paklin deyib.

O bildirib ki, ötən ilin avqustunadək üç il ərzində proqnoz mənfi olub:

“Qiymətin dəyişməsi əməliyyat mühitinin yaxşılaşması, kredit portfellərinin problemli ssudalardan təmizlənməsi ilə bağlı gözləntilər, eləcə də səhmdarların köməyi sayəsində kapitallaşmanın yaxşılaşması və bankların fəaliyyətinin mənfəətliliyinin bərpa olunması əlaqədardır”.

Vitse-prezident qeyd edib ki, agentlik Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərmanını müsbət qiymətləndirir:

“Bu tədbirlər ev təsərrüfatlarının kredit qabiliyyətliliyini yaxşılaşdırmalı və dövlətin dəstəyi sayəsində bankların balansında problemli fərdi ssudaların həcmini azaltmalıdır”.