Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti yayda Azərbaycana gələcək.
Səfər zamanı missiya ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.
“Nümayəndə heyəti bəzi məsələləri müzakirə etmək üçün Bakıya rəsmi səfər edəcək”, - mənbə bildirib və qeyd edib ki, səfərin dəqiq vaxtı yaxın həftələrdə müəyyənləşəcək.
Qeyd edək ki, BVF-nun Bakıdakı ofisi 1992-ci ildə açılıb. Azərbaycan 2005-ci ildən maliyyələşmə ilə bağlı BVF-na müraciət etməyib, hazırda Bakı və fond makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə məsləhətləşmələr aparır və texniki yardım missiyalarında əməkdaşlıq edir.
© Oxu.az