31 Oktyabr

Bu bank ödəniş qabiliyyəti zəifləmiş müştərilər üçün güzəşt imkanları yaradıb - FİNS

Son zamanlar bankların sağlamlaşdırılması yönündə bir sıra tədbirlər həyata keçirilir. Bunu nəzərə alıb bir sıra banklardan bu istiqamətdə hansı işlər apardıqlarını soruşduq. Sualımızı ilk olaraq “Rabitəbank”-ın Marketinq Departamentinin rəhbəri Ələkbər Eyvazlıya ünvanladıq. Ə. Eyvazlı Fins.az-a açıqlamasında bildirdi ki, təmsil etdiyi bank bu dövr ərzində kredit portfelinin sağlamlaşdırılması məqsədilə bir neçə istiqamətdə işlər aparıb. O, qeyd etdi ki, “Rabitəbank” xüsusilə ödəniş qabiliyyəti zəifləmiş müştərilər üçün müxtəlif güzəşt və restrukturizasiya imkanları yaradıb. Nəticədə bankın problemli müştərilərinin sayı əhəmiyyətli dərəcədə azalıb və kredit portfelinin keyfiyyəti müsbətə doğru dəyişib.

Müəllif: Elmir Murad