31 Oktyabr

Palata bank sektoru ilə bağlı hesabat yaydı - FİNS

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 950.8 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 708 milyon manat təşkil edib.

Fins.az Palataya istinadən xəbər verir ki, sektorun balans kapitalı 4 milyard 242.8 milyon manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348 milyon manat), öhdəlikləri 0.9% (222.3 milyon. manat), balans kapitalı isə 3.0% (125.5 milyon manat) artıb.

Bankların kredit portfeli fevral ayında 0.7% (88.9 milyon manat) artaraq 12 milyard 629.9 milyon manat təşkil edib.

2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8 milyard 118.5 milyon manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 milyon manat) artıb.

Fevral ayında bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis mənfəəti isə 49.2 milyon manat təşkil edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 0.5% (95 nəfər) artaraq 17 683 nəfər təşkil edib.

Cədvəl 1. Bank sektorunun icmal balansı
(mln. manatla)
Aktivlər 28.02.2019
1. Nağd vəsaitlər 1 287,20
2. Mərkəzi Bankda müxbir hesablar* 1 895,50
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) 2 411,20
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər 6 410,30
5. Qiymətli kağızlar 4 223,40
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər 250,9
6.1 xalis kreditlər 229,2
7. Müştərilərə verilən kreditlər 12 629,90
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 1 522,80
7.2 Xalis kreditlər 11 107,10
8. Əsas vəsaitlər 939,5
9. Qeyri-maddi aktivlər 145,7
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) 1 301,70
11. Cəmi aktivlər 29 950,80
Cədvəl 1. Bank sektorunun icmal balansı
(mln. manatla)
Aktivlər 01.03.2019
1. Nağd vəsaitlər 11 209,35
2. Mərkəzi Bankda müxbir hesablar* 11 996,26
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) 12 783,17
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər 13 570,09
5. Qiymətli kağızlar 14 357,00
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər 15143,90989
6.1 xalis kreditlər 15930,82154
7. Müştərilərə verilən kreditlər 16 717,73
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 17 504,64
7.2 Xalis kreditlər 18 291,56
8. Əsas vəsaitlər 19078,46813
9. Qeyri-maddi aktivlər 19865,37978
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) 20 652,29
11. Cəmi aktivlər 21 439,20
Cədvəl 1. Bank sektorunun icmal balansı
(mln. manatla)
Aktivlər 02.03.2019
1. Nağd vəsaitlər 22 226,11
2. Mərkəzi Bankda müxbir hesablar* 23 013,03
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) 23 799,94
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər 24 586,85
5. Qiymətli kağızlar 25 373,76
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər 26160,67297
6.1 xalis kreditlər 26947,58462
7. Müştərilərə verilən kreditlər 27 734,50
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 28 521,41

Müəllif: Elmir Murad