Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə daha bir hərracı keçiriləcək. Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, aprelin 3-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracı olacaq. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Dövlət qeydiyyat №-si |
50101473S |
Hərraca çıxarılan həcm |
250 000 000 AZN |
Notun nominal dəyəri |
100 АZN |
Notların tədavül müddəti |
28gün |
Ödəmə tarixi |
01.05.2019 |
Tələblər isə belədir:
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalı, hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.
Müəllif: Elmir Murad