Bu il martın 1-nə Azərbaycanda 2 524 bankomat olub. Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatında qeyd olunub. Hesabta görə, bu, ötən il martın 1-i ilə müqayisədə 80 ədəd çoxdur. Belə ki, bu ilin yanvar ayında ölkədə 8, fevral ayında isə 14 yeni bankomatlar quraşdırılıb.