31 Oktyabr

Banklarda işləyənlərin sayı artmağa başlayıb - HESABAT - FİNS

Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam edib. Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin fevral ayında işçi sayı 0.5% və ya 95 nəfər artaraq 17 683 nəfər təşkil edib.

Cari ilin ilk 2 ayında isə bankların işçilərinin sayı 268 nəfər artıb.

Qeyd edək ki, ötən ilin sonunda isə bankların işçilərin sayı 17 415 nəfər təşkil etmişdi.

Müəllif: Elmir Murad