31 Oktyabr

"Biz hazırıq ki, 1%-dən də imtina edək" - Nazirdən kreditlər barədə açıqlama

““Diqlas” ticarət mərkəzinin yanması nəticəsində zərər çəkmiş sahibkarlardan müraciət edən olarsa Sahibkarlığın İnkişafı Fondu vasitəsilə çox ucuz şərlərlə kredit ayıra bilərik”.

Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Fondun güzəştli kreditləri kifayət qədər ucuzdur. Bilirsiniz ki, kredit faizinin 4%-i banklara, 1%-i Sahibkarlığın İnkişafı Fonduna aiddir. Biz hazırıq ki, 1%-dən də imtina edək. Yəni, 1% də Sahibkarlığın İnkişafı Fondu tərəfindən alınmayacaq. Bu Dövlət başçısının niyyətidir. Hansı ziyançəkən sahibkar müraciət etsə ona banklar vasitəsilə uzunmüddətli kredit təqdim ediləcək”,- nazir deyib.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 5%-dir.

© Marja