Rusiya bankları Çinin SWIFT sisteminə analoq olaraq yaratdığı sistemə qoşulmağa başlayıb. Fins.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq Əməkdaşlıq İdarəsinin Xarici Tənzimləyicilərlə Əlaqələr Şöbəsinin rəhbəri Vladimir Şapovalov Rusiya-Çin Forumunda məlumat verib.
O, bildirib ki, Rusiyanın Çinin sözügedən sisteminə qoşulması hər iki ölkə arasında ticarət və ödənişləri rublla etməyə imkan verəcək. V. Şapovalovun sözlərinə görə, hər iki ölkə milli valyutalarda qarşılıqlı ticarətin təşviqini bir il əvvəl irəli sürüblər.
Forumda qeyd edilib ki, iki ölkə arasında ticarətdə milli valyutaların (demək olar ki, 100 faizə yaxın) payı getdikcə artmaqdadır.
Müəllif: Elmir Murad