Rusiyanın Mərkəzi Bankı bank əməliyyatlarının həyata keçirilməsi üçün “Международного расчётного банк”-ına verdiyi lisenziyanı geri alıb.
Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın saytı məlumat yayıb. Xəbər verilir ki, bank 1994-ci ildən fəaliyyət göstərirmiş.
Qeyd edək ki, bir muüddət əvvəl Rusiyanın Mərkəzi Bankı «Банк развития технологий и сбережений» kredit təşkilatı, o cümlədən AMB "АРБ-Инкасс", "Роскомснаббанка" kredit təşkilatlarının da lisenziyasını ləğv edib. Ümumilikdə son bir ayda şimal qonşumuzda 6 bank və kredit təşkilatı fəaliyyətini dayandırıb.
Müəllif: Elmir Murad