Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası devalvasiya nəticəsində yaranan problemli kreditlərlə bağlı yeni portalı istifadəyə verib. Fins.az xəbər verir ki, vətəndaşlar kreditlərlə bağlı məlumatları əldə etmək üçün qeyd olunmuş (https://pk.fimsa.az/az/kompensasiya) linkə daxil ola və mövcud olan xanaları dolduraraq lazımlı informasiyanı buradan əldə edə bilərlər. Portala daxil olaraq şəxsiyyəti təsdiq edən sənəd, doğum tarixi, mobil nömrə və şifrəni yazaraq kredit məlumatlarınızı sorğulaya bilərsiz.
Müəllif: Elmir Murad