31 Oktyabr

Problemli kreditlərlə bağlı siyahı açıqlandı - Yenilənib

Bu gün problemli kreditlərlə bağlı siyahı açıqlanacaq. Birazdan Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərlə bağlı geniş mətbuat konfransı keçircək. Fins.az xəbər verir ki, mətbuat konfransında problemli kreditlər barədə əhaliyə geniş açıqlama veriləcək və kompensasiya alacaq şəxslərin siyahısı açıqlanacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı yeni portal yaradıb. Güzəştlərdən yararlanacaq fiziki şəxslər bu portala giriş edərək ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditləri barədə detallı məlumat əldə edə bilər. Problemli kreditlərlə bağlı vətəndaşlar bütün məlumatları Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni yaratdığı portaldan ala biləcəklər. Bunu mətbuat konfransında adıçəkilən qurumun idarə rəhbəri Orxan İsmayılov bildirdi. O, qeyd etdi ki, insanlar portala daxil olarkən birinci hissədə ona aid hesablanmış məbləği görə biləcək. Onun sözlərinə görə, əsas hissədə isə kredit borcları haqqında məlumat veriləcək.

Bundan sonra məsələ ilə bağlı mütəmadi vətəndaşlara məlumat veriləcək. Bunu mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirdi. O qeyd etdi ki, biz işlərimizi yekunlaşdırandan sonra vətəndaşlar müştərisi olduqları banklara müraciət edəcəklər. Bunlarla bağlı hazırda komunikasiya işləri qurulur.

Müəllif: Elmir Murad