Rusiyanın ən böyük banklarından biri olan “Kamçatkomqaroprombank” bağlanıb. Fins.az xəbər verir ki, bankın bağlanması barədə qərarı Rusiyanın arbitraj məhkəməsi verib. Məlumatı adıçəkilən məhkəmənin rəsmi saytı yayıb. Bildirilir ki, sözügedən qərar Rusiya Mərkəzi Bankının ərizəsi əsasında qəbul edilib. Veilən məlumata görə, Mərkəzi Bank adıçəkilən bankın lisenziyasını artıq geri alıb.
Müəllif: Elmir Murad