Ötən ildən Rusiyanın sanksiyalara düşə biləcək iri bankları üçün fəaliyyət sxeminin hazırlanmasına başlanılıb. Fins.az xəbər verir ki, sözügedən sxem valyuta hesablaşmalarının kəskin dayanmasına vaxt qazanmaq və buna imkan verməmək üçün hazırlanır. Fəaliyyət planını Rusiyanın aparıcı bankları Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə birgə hazırlayır. Ehtimallara görə, sanksiyalara məruz qala biləcək banklar daha çox Qazprombank və Sberbankdır. Bu sxem məhz bu bankları qorumaq üçün hazırlanır.
Müəllif: Elmir Murad