31 Oktyabr

Depozit hərracının nəticələri açıqlandı

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti hərrac baş tutub. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkənin baş bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 439,2 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil edib.