31 Oktyabr

Depozit hərracında tələb təklifi 1,3 dəfə üstələyib

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Fins.az rəsmi məlumata istinadən xəbər verir ki, hərracda tələb 439,2 mln. manat, hərracın nəticəsində bağlanan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 1,3 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulurdu.