31 Oktyabr

Azərbaycanda aktivlərindən ən yaxşı istifadə edən banklar məlum olub

Azərbaycanda fəaliyyət göstərən 30 bank ötən il 279,4 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 29 502,4 milyon manat məbləğində aktivlərin 0,95%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2018-ci ili mənfəətlə başa vurmuş 25 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,4%-ni təşkil edib. Qeyd edək ki, ABB aktivlərinin məbləğinə görə də, ölkədə liderdir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "AFB Bank" ASC tutub. Bu bankun əldə etdiyi mənfəət aktivlərinin 5,2%-i qədər olub. Baxmayaraq ki, "AFB Bank" aktivlərinin məbləğinə görə, Azərbaycanda 16-cıdır.

3-cü yerə isə 4,4%-lik göstərici ilə "Unibank" çıxıb. Xatırladaq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 9-cudur.

Mənfəətlə işləmiş qalan 22 bankdan 4-də sözügedən göstərici 2-4% arasında, 6 bankda 1-2% arasında, 12 bankda isə 0-1% arasında dəyişir.

Bankın adı

Bankın illik mənfəətinin /

zərərinin aktivlərinə nisbəti

1

Azərbaycan Beynəlxalq Bankı

5,4%

2

AFB Bank

5,2%

3

Unibank

4,4%

4

Bank Avrasiya

3,1%

5

Naxçıvan Bank

2,8%

6

Kapital Bank

2,6%

7

Premium Bank

2,5%

8

İran Milli Bankı - Bakı

1,9%

9

PAŞA Bank

1,6%

10

Xalq Bank

1,4%

11

Yapı Kredi Bank Azərbaycan

1,3%

12

Bank of Baku

1,2%

13

AGBank

1,1%

14

Günay Bank

0,7%

15

Zıraat Bank Azərbaycan

0,6%

16

Azərbaycan Sənaye Bankı

0,5%

17

NBC Bank

0,4%

18

Rabitəbank

0,4%

19

Muğan Bank

0,3%

20

Bank BTB

0,2%

21

Bank Respublika

0,2%

22

Azər-Türk Bank

0,0%

23

Pakistan Milli Bankı - Bakı

0,0%

24

Turan Bank

0,0%

25

Atabank

0,0%

26

Access Bank

-1,8%

27

Amrah Bank

-5,5%

28

Express Bank

-6,0%

29

Nikoyl Bank

-32,4%

30

Bank VTB Azərbaycan

-185,1%

© "Renkinq"