Qarşıdakı 5 ildə Azərbaycanda nağdsız ödənişlərin 52 milyard manatadək artacağı nəzərdə tutulur. Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib. Onun sözlərinə görə, eyni zamanda, nağd iqtisadiyyatın çəkisinin 34 faiz azaldılması planlaşdırılır. Son 3 ildə Milli ödəniş sistemi üzrə aparılan dövriyyə 79 faiz artaraq 274 milyard manat olub. Həmin dövrdə kart ödənişlərində nağdsız dövriyyə isə 136 faiz artaraq 2,8 milyard manata çatıb.
© AZƏRTAC