31 Oktyabr

Dünya Bankından 4 milyard dollardan çox vəsait cəlb edilib

İndiyədək Azərbaycanda həyata keçirilən layihələrə Dünya Bankından 4 milyard dollardan çox vəsait cəlb olunub.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova martın 6-da “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib.

Nazir müavini bildirib ki, Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar sırasında Dünya Bankının xüsusi yeri var. 1990-cı ildən bu vaxtadək Dünya Bankı ilə 50-dən çox layihə icra edilib.

Azertac