Hazırda Azərbaycan Beynəlxalq Bankın növbəti 3 il üzrə Strateji İnkişaf Planı üzərində işlənilir. Fins.az xəbər verir ki, bunu Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Bu işdə bizə dəstək olması üçün ilin əvvəlində ölkəmizdə yerli ofisi olan nüfuzlu beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq etməyə başlamışıq. Konsultant komandasında İngiltərə, Türkiyə və Rusiya kimi qabaqcıl bank təcrübəsi olan ölkələrdən peşəkarlar iştirak edir. Artıq 2 aya yaxındır ki, onlarla birlikdə bu layihə üzərində işləyir, ilin birinci yarısında layihənin başa çatmasını planlayırıq. Yeni strategiyamız və bundan irəli gələn Fəaliyyət Planımız təsdiqlənən kimi ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.
Müəllif: Xeybər Heydərov