Rəqəmsal ödənişlərin genişləndiriılməsi istiqamətində Mərkəzi Bankın bank sektoru ilə həyata keçirtdiyi layihələr, apardığı davamlı islahatlar statistik məlumatlarda da öz təsdiqini tapır. Belə ki, 2018-ci ildə banklararası ödəniş sistemləri vasitəsilə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 31% artaraq 274 mlrd.manat (ÜDM-in 3.4 misli), kart dövriyyəsində nağdsız ödənişlərin həcmi isə 17% təşkil edib. Fins.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev bildirib. Onun sözlərinə görə, 5 il əvvəl bu göstərici 6% olub. Elekton bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 18.7 dəfə artaraq 36.4 mlrd. manat, əməliyyatların sayı isə 7 dəfə artaraq 10.4 mln. ədəd təşkil edib.
Qeyd olunan bu göstəricilər onu deməyə əsas verir ki, ölkədə nağdsız ödənişlərin inkişafı, əhalinin maliyyə savadlılığının artırılması, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir.
O, həmçinin rəqəmsal iqtisadiyyat quruculuğuna mühüm siyasi dəstək verən ölkə başçısı Prezident İlham Əliyevin 2018-ci ilin senytabr ayında imzaladığı “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı diqqətə çatdıraraq qarşıya qoyulmuş yeni hədəflər və Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi.
Müəllif: Xeybər Heydərov