31 Oktyabr

Avropa Bankları Rusiya dövlət borcundan ehtiyyat edirlər

Bir sıra Avropa bankları Rusiya maliyyə bazarında avrobondlarla əməliyyat aparmaqdan imtina ediblər. Fins.az xəbər verir ki, bu barədə “Bloomberg”ə Ashmore Group Plc –nin analitiki Yan Den bildirib.

Məlumat üçün bildirək ki, Ashmore Group Plc 78 milyard dollarlıq ən böyük Rusiya borc aktivlərini özündə saxlayan təşkilatdır.

Günbəgün Rusiya səhmləri ilə ticarət etmək istəyən xarici bankların sayı azalır. Onlar sanksiyalardan ehtiyat edirlər. Bu səbəbdən də likvidlik azalır və nəticədə Rusiya borcundan çıxmaqda çətinlik yaranır deyə Den Bloomberg ə bildirib.

Rusiyada avrobondları satmaq istəyən investorları məcburi olaraq Rusiya dövlət bankları ilə işləməli olurlar.

Onun sözlərinə görə, “Ashmore” Rusiyanın suveren istiqrazlarına investisiyaları azaldır, çünki öz müştərilərini dövlət qiymətli kağızlarından çıxa bilməyəcək bir vəziyyətə qoymaq istəmir.

"Mənim təhlillərim göstərir ki, daha çox sanksiyalar olacaq ki, və bunun sonu yoxdur. Nəticədə Rusiya dövlət istiqrazlarını satmaq mümkün olmayan bir vəziyyətə düşəcəyik deyə Yan Den bildirib.