Bəzən elə olur ki, iş qrafikinin çətinliyindən və ya online ödəmə imkanımızın olmadığından banka olan kredit ödənişimizi gec və ödəniş terminalları ilə edirik. Təsadüfdəndimi yoxsa zərurətdən bu ödəniş şənbə və ya bazar gününə təsadüf edir.Hələ bu azmış kimi üstəgəl kreditin ödəniş vaxtının sonuncu günü olur. Bəs bu zaman etdiyimiz ödəniş gecikmə sayılırmı? Fins.az-ın bu sualına cavabı Rabitəbankın Mikro və Retail Kreditləri Departamentinin direktoru Fəxri Bağıyev cavablandırıb.
Mütəxəssisin sözlərinə görə, həftəsonu şənbə və bazar günü ödəniş terimnalları vasitəsilə ilə ödənilən kreditlər növbəti həftənin bazar ertəsi qeydə alınır. Əgər hər hansı bankda şənbə günü rəsmi iş günü hesab edilirsə, bu bankın müştərisi şənbə günü ödəniş terminalları vasitəsilə iş gününün sonuna qədər ödəniş edərsə kredit ödənişi həmin gün qeydə alınır -deyə o Fəxri Bagiyev bildirib.
Müəllif: Xeybər Heydərov