31 Oktyabr

“Amrahbank”da kadr dəyişikliyi

“Amrahbank” ASC-nin İnsan Resursları (HR) Departamentinin direktoru Sevinc Musayeva vəzifəsindən ayrılıb.

S.Musayeva bundan sonra xarici holdinqlərin birində fəaliyyət göstərəcək. Keçmiş HR-ın hansı holdinqə getdiyi açıqlanmasa da, bunun bank sektoru ilə bağlı olmadığı deyilir.

Qeyd edək ki, S.Musayevanın “Amrahbank”da 2012-ci ildən rəhbərlik etdiyi departamentə təyinat yoxdur.

Mənbə: Report.az