31 Oktyabr

“ASAN Finans” kredit verir?

“ASAN Finans” kredit vermir. “ASAN Finans” vətəndaş və institutlar arasında vasitəçi missiyasını həyata keçirir. Fins.az xəbər verir ki, bu sözləri “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik hüquqi şəxsin direktoru Fariz Cəfərov bildirib. Onun sözlərinə görə, məlumatların ötürülməsini təmin edərək proseslərin dinamikliyində rahatlıq yaradır.“ASAN Finans” kreditin verilmə səbəbi, kreditin verilməsi yaxud niyə verilməməsi kimi məsələlərə baxmır. Sadəcə olaraq əvvəllər vətəndaş kredit almaq üçün Vergilər Nazirliyindən, DSMF -dən ,əmək bildirişi ilə bağlı müxtəlif arayışlar alırdı. Artıq bu arayışlar üçün müraciətləri olmayacaq. Sadəcə olaraq öz istəyini bildirdikdən sonra həmin məlumatlar elektron sistemlə avtomatik olaraq qarşı tərəfə ötürülür - deyə Fariz Cəfərov bildirib.