31 Oktyabr

Vətəndaşların fikrincə ən asan kredit şərtləri bu banklardadı

Fins.az-ın əhali arasında apardığı sorğudan belə bəlli olud ki, Azərbaycanda ən rahat krediti Rabitəbank və Unibank verir. Belə ki, Fins.az əhali arasında ölkədə fəaliyyət göstərən banklardan hansında kredit şərtlərinin daha asan olduğunu soruşub. Səs verənlərin 13.8% - Rabitəbank və Unibankın adını daha çox qeyd ediblər. Hər iki bank eyni faiz göstəricisinə malik olub. Siyahının ikinci və üçüncü pilləsinə isə Kapital Bank sahib olub. Belə ki, korrespondentlərin 10.3% Kapital Bankdan kredit götürməyin asan olduğunu bildiriblər. Həmçinin 6.9%-la Bank of Baku, ExpressBank, AtaBank-ın da adları ən asan şərtlərlə kredit verən banklar arasında yer alıb.

Müəllif: Xeybər Heydərov