31 Oktyabr

Yanvarda Naxçıvanda 3 mln.-dan çox kredit verilib

Ötən ay Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 3 milyon 158 min 100 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 28,2 faiz çoxdur.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, verilmiş kreditlərin 591 min 300 manatı və yaxud 18,7 faizi qısamüddətli, 2 milyon 566 min 800 manatı və yaxud 81,3 faizi uzunmüddətli kreditlər olub.

1 fevral 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 80235-ə çatıb ki, bunun da 70625-i və ya 88 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar ayında açılmış 1391 bank hesabının 1382-si aktiv hesablar olub.