20 Fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100873S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4588 AZN (7.26%) olan 28 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 757,307,500.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4588 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4588 AZN (7.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300, 000, 000. 00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 19.03.2019.