Ötən il sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradıb.
Verilmiş kreditlərin 64,3 faizi regionların, 35,7 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 70,3 faizi aqrar sektorun, 29,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.
2019-cu ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı 160 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Artıq bu ilin ötən dövründə 44 sahibkara 4,6 milyon manat güzəştli kredit verilib.