31 Oktyabr

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il artırılıb

Milli Məclisin dünən keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif olunan dəyişiklik qəbul edilib.

Fins.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.