31 Oktyabr

Daha bir bağlanan bankda Kreditorlar Komitəsi yaradılacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Yunayted Kredit Bank” ASC-də Kreditorlar Komitəsi yaradacaq.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Xatırladaq ki, Ə.Həsənov ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədridir. Onun sözlərinə görə, hazırda 5 bağlanmış bankda bu cür komitə mövcuddur və onlar birgə fəaliyyət haqqında danışıqlara başlayıb.